Ermənistan çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürütmək qərarına gəlib. Region ölkələri ilə də balanslı siyasət qurmağa çalışırıq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İranla əlaqələrimiz çox önəmlidir. Türkiyə ilə diplomatik əlaqələr qurmağa, Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışırıq. Əlbəttə, asan deyil. Ancaq digər tərəfdən, bunun mümkünsüz olduğunu düşünmürəm.
Bəli, Avropa İttifaqına inteqrasiya etmək qərarına gəlmişik, amma İran, Rusiya və bütün tərəfdaşlarımızla öz mövqeyimizi bölüşməyə çalışırıq”, - baş nazir bildirib.