Ukrayna Azərbaycandan Avropaya qaz tranzitindən imtina etməyib. Lakin, Rusiya qazının tranzitini bərpa etməyə razılaşmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna prezidenti bildirib ki, Azərbaycan qazının tranziti məsələsini o, Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edib.