![](https://teleqraf.az/storage/2025/01/29/715x378/whatsapp_image_2025-01-29_at_09.03.16.jpg)
Ölkədə keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı müşahidə olunan dairələr açıqlanıb.
Teleqraf.com xəbər verir ki, saat 10:00-dək olan məlumata əsasən, ən yüksək seçici fəallığı 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsində qeydə alınıb. Belə ki, burada seçicilərin 18,04 faizi öz hüququndan istifadə edib.
Bu saata qədər ən aşağı seçici fəallığı isə 16 saylı Yasamal 2-ci Seçki Dairəsində qeydə alınıb. Burada vətəndaşların cəmi 2,39 faizi səs verib.
Qeyd edək ki, saat 10:00-dək olan seçici fəallığı 8,38 faiz olub. Səsvermə hüququna malik 5 milyon 961 min 987 seçicidən bu saatadək 499 min 575 nəfəri səs verib.
Xatırladaq ki, səsvermə 19:00-da yekunlaşacaq.