Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstanla bağlı qətnamə qəbul olunub.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, sənəddə Gürcüstanda yaxın aylarda yeni seçkilərin keçirilməsi çağırışı yer alıb.
Qətnamənin lehinə 134 deputatdan 114-ü səs verib, 13-ü əleyhinə olub, 7-si isə səsvermədə iştirak etməyib.
AŞPA-da həmçinin Gürcüstan nümayəndə heyətinin mandatının təsdiqlənməsi məsələsinə də baxılıb. Qəbul olunan qərarla nümayəndə heyətinin səlahiyyətləri 2025-ci ilin aprelinədək bəzi şərtlərlə təsdiqlənib.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti ölkədə yeni seçkilərin keçirilməsi üçün heç bir hüquqi əsasın olmadığını bildirib.