Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası regionun təhlükəsizliyini dəstəkləməyə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ missiyasının açıqlamasında deyilir.
“Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Martunidə patrul qrupuna qoşularaq, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edib.
Qəhvə və qonaqpərvərliyə görə yerli sakinlərə təşəkkür edirik. Aİ-nin Ermənistandakı missiyası cəmiyyətin etimadı ilə fəxr edir və regionda təhlükəsizliyin təmin edilməsinə sadiq qalmağa davam edəcək”, - qurum "X" hesabında yazır.
Xatırladaq ki, Aİ dünən Ermənistandakı missiyasının daha iki il uzadılması barədə qərar verib.
Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətləri ilə diqqət çəkən Aİ missiyasının bölgədə yerləşdirilməsinə etiraz edir. Aİ qrupu ötən dövrdə müşahidə missiyasından çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb.