Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə erməni jurnalistin “Azərbaycan mətbuatında Rusiya əleyhinə dərc olunan yazılar”a münasibət bildirmək istəyinə sərt təpki göstərib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi erməni jurnalistin təxribatçı sualını absurd adlandırıb.
“Bu sual artıq absurd görünür. Maraqlıdır, məsələn, Davosda (Ermənistan Baş nazir Nikol Paşinyan tərəfindən) erməni soyqırımı (qondarma – red.) ilə bağlı verilən bəyanatla bağlı sual verərdinizmi, xüsusən də nəzərə alsaq ki, bu mövzu Ermənistan mediasında, o cümlədən Rusiya və beynəlxalq xarici siyasət kontekstində qaldırılır. Biz Azərbaycanla ikitərəfli münasibətlərimizi necə qururuq, problemlərimizi necə həll edirik, münasibətləri necə inkişaf etdiririk, bəzi çətinlikləri necə dəf edirik, bu barədə verilən sual artıq absurddur”, - Zaxarova vurğulayıb.
Erməni jurnalistin Azərbaycan KİV nümayəndələrinin də Ermənistan-Rusiya münasibətləri ilə bağlı tez-tez suallar qaldırması ilə bağlı iddiasına cavab olaraq Zaxarova qeyd edib ki, bu, belə deyil:
Diplomatın sözlərinə görə, azərbaycanlı jurnalistlər ona daha çox Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və beynəlxalq gündəmlə bağlı suallar verirlər.