Fevralın 1-də saat 11:47 radələrində Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa İttifaqının bayrağı olan 2 "JEEP" və 1 minik avtomobili gəlib.
Bu barədə Teleqraf.com-a hərbi mənbələrdən məlumat verilib.
Bildirilib ki, avtomobillərdən 3-ü hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 7 nəfər şəxs düşüb. Onlar ərazidə foto və videoçəkiliş aparıblar.
Qeyd olunub ki, missiya nümayəndələri saat 13:22-də ərazini tərk edərək geri qayıdıblar.
Avropa İttifaqı nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.