"Yanvarın 29-da ölkədə bələdiyyə seçkiləri keçirildi və burada Yeni Azərbaycan Partiyası (YAP) növbəti qələbəsini qazandı".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O, buna görə seçicilərə təşəkkür edib.
S.Novruzov, həmçinin Azərbaycana olan beynəlxalq təhdidlərdən də danışıb:
"Bəzi dövlətlər işğalçılıq siyasəti ilə məşğuldurlar. Onlar gücdən istifadə edib, kiçik ölkələrə təzyiqlər edirlər. Təbii ki, sözügedən məsələ digər dövlətlərə işğalçılıq üçün zəmin yaradır. Hər birimiz dövlətimizi müdafiə etməliyik. Prezidentin siyasətini təbliğ etməli və ölkə başçısının arxasında əsgər kimi sıx dayanıb, təhdidləri dəf etməliyik".