12:57
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazın təhlükəsizliyi və bütün qonşuların, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyi bizim üçün çox vacibdir.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib.

“Bizim Azərbaycan və Ermənistanla yaxşı münasibətlərimiz var və son günlər artan diplomatik təmaslar mövcuddur.

Biz Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün istənilən yardımı göstərməyə, o cümlədən bu iki ölkə arasında dialoqun irəliləyişini dəstəkləməyə hazır olduğumuzu bəyan etmişik və bunu bir daha təsdiqləyirik”, - Bəqayi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər