18:05
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi və Azərbaycan ordusunun Qarabağda keçirdiyi birgünlük antiterror əməliyyatından sonra bölgədə formalaşan reallıqları anlamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qalıb:

“Bu kontekstdə o, ATƏT-in Minsk Qrupundan imtina edib, “soyqırımını tanıtma” siyasətinin Ermənistana faydası olmadığını bildirib, üstəgəl, Zəngəzur dəhlizinin açılışının yubadılmasının ölkəsinin zərərinə olduğunu anlamağa başlayıb. Paşinyana müxalif olanlar isə hələ də xülya ilə yaşayır, ermənilərə “güclənib Azərbaycana cavab verəcəyik” kimi nağıllar danışırlar. Türkiyədə terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin erməniəsilli keçmiş millət vəkili Qaro Paylan da eyni ağıldadır. Paylan İrəvanda ermənilərə deyib ki, Ermənistanın Azərbaycana cavab verməsi üçün 3-5 il lazımdır, vaxt qazanmaqçün də sülh müqaviləsi imzalanmalıdır.

Ermənistan sülh müqaviləsi imzalasa da, imzalamasa da, vaxt qazana bilməyəcək. Əksinə, Azərbaycanla məsələlərin həlli əvəzinə vaxtın uzadılması Ermənistanın əleyhinə işləyir. Biz Birinci Qarabağ Müharibəsindən lazımi dərslər çıxararaq, ikinci savaşda qələbə qazandıq və bundan sonra 100 dəfə də müharibə olsa, hamısında Ermənistan üzərində qələbə qazanarıq.

Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən, vəziyyəti Türkiyə ermənisindən doğru təhlil etməyi bacaran Paşinyan Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığının fərqindədir. Paşinyan bircə addım ataraq konstitusiyada zəruri dəyişikliklərə getməklə, sülh sazişinin imzalanmasını təmin edə bilər. Ancaq onu da unutmamalıyıq ki, Paşinyandan sonra hakimiyyətə revanşistlər gələrsə, onlara yenidən reallıqları anlatmaq məcburiyyətində qala bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər