17:25
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, M.Babayev 1967-ci ildə anadan olub.

1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1991-1992-ci illərdə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992-1993-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 1994-2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003-2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisasını bitirib.

2007-2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010-2018-ci illərdə SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. 2018-ci ilin aprelin 23-dən ekologiya və təbii sərvətlər naziri idi.

7 noyabr 2017-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, 19 sentyabr 2012-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər