28 İyul 2020 11:27
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Təhsil naziri Emin Əmrullayev kollektivə təqdim olunub.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib.

Təhsil nazirini kollektivə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.

Emin Əmrullayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, təhsildə islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə olunması üçün əlindən gələni edəcəyini bildirib.


Müəllif: Aysel Azad