31 İyul 2020 12:22
2 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyası "Signify" şirkəti ilə birgə araşdırması nəticəsində COVID-19 infeksiyasına səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirməyin yolu tapılıb.

Teleqraf.com xəbər verir ki, professor Antoni Qriffitsin rəhbərliyi altında aparılan tədqiqatların bir hissəsi olaraq testlər sınaqdan keçirilib.

Sınaqlar zamanı virusun düşdüyü səthlərə fərqli dozalarda ultrabənövşəyi radiasiya verilib, sonra virusun zərərsizləşdiriləmə dərəcəsi ölçülüb.

SARS-CoV-2 virusunun hər kvadrat santimetrinə 5 millicoul lampa dozası tətbiq edildiyi zaman onun 6 saniyədə 99 faiz yavaşladığı, 22 millicoul lampa dozada 25 saniyə ərzində tamamilə yox olduğu aşkarlanıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər