“Karantin bitməyib, yüngülləşdirilib. Uyğun davranmadığımız müddətdə iş yerlərimiz açılmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
O, tam təcridin bitdiyi yerlərdə qaydalara necə əməl etməyi şəkillərlə izahlayıb: “Birinci şəkildə artıq "normal həyata" dönən Yaponiyada 2020-ci il iyul turnirindən tamaşaçıların şəklini görürsünüz. Hamısı maskadadır. Arada da 2 metr məsafə.
İkinci şəkildə isə əvvəllər eyni salonun doluluğu göstərilir. Aradakı fərqi görə bilirikmi? Bu gün mədəni dünyada "karantin bitib" deyəndə bunu nəzərə alın, lütfən.
Karantin bitməyib, yüngülləşdirilib. Belə davranmadığımız müddətdə iş yerlərimiz açılmayacaq. 5 ay idi Yaponiyada sumo yarışı keçirilmirdi. Amma indi keçirilir. Çünki karantin qayadlarına riayət edirlər”.