13 Avqust 2020 19:45
3 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupu adlı marionetə çevrilmiş struktur isə üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri – Rusiyanın işğalçı Ermənistanı silahlandırmasına diqqət çəkib:

“Rusiya Ermənistana silah-sursatı faktiki olaraq, hədiyyə edir ki, bu ölkə Azərbaycan qarşısında tam bədbəxt və aciz duruma düşməsin. Bunu o Rusiya edir ki, ATƏT-in Minsk Qrupunda həmsədr ölkədir. Əlbəttə, Rusiya ilə bağlı məsələ bəllidir.

ATƏT-in Minsk qrupu adlı marionetə çevrilmiş struktur isə üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Baxın həmsədr ölkələrə - ABŞ, Rusiya və Fransa. Bunların hansı biri Ermənistanın siyasətini real dəyərləndirir? Heç biri! Buna görə də Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, burada təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir. Qarabağ probleminin həllinə aparacaq yolda bu, ilk mərhələdir. Artıq bəsdir, səbrin də bir həddi var”.

Əlavə edək ki, Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi hərbi təxribat günləri və sonra Rusiyadan Ermənistana 400 tondan artıq silahın nəql edilməsi barədə faktlar aşkar edilib. Azərbaycan Prezidenti İlham Əliyev bunu telefon danışığında rusiyalı həmkarının diqqətinə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər