14 Avqust 2020 13:05
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər koronovirusu müalicə etməklə yanaşı, xəstəliyin insan orqanizminə təsirlərini öyrənməyə davam edirlər. Türkiyəli həkimlər Əbdülqədir Tunç, Yonca Ünlübaş, Murad Ələmdar və Enes Ağüzün apardığı tədqiqatda virusun nevroloji təsiri aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində koronavirus diaqnozu qoyulan 4 yaşlı xəstənin virusa yoluxduqdan sonra insult keçirdiyi aşkarlanıb.

Tədqiqatda 45 və 77 yaş arasındakı pasiyentlərin xəstəlik müddətləri də araşdırılıb.

Tədqiqat nəticəsində 4 xəstənin virusa yoluxduqdan sonra başqa bir səbəb olmadan insult keçirdiyi müəyyən edilib.

Bunu ilk elmi dəlil kimi istifadə edərək, alimlər koronavirusun nevroloji təsirlərini araşdırmağa başlayıblar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər