17 Avqust 2020 17:05
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-a köçmək istəyənlərin qatıldığı “Greencard” lotereyasının nəticələri ləğv olub”.

Bu barədə Teleqraf.com-a “Greencard Azərbaycan” şirkətinin müştəri xidmətləri üzrə mütəxəssisi Rüfət Piriyev deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın qərarına əsasən, “Greencard” qaliblərinin ölkəyə köçməsi mümkün deyil:

“Söhbət 2019-cu ilin qaliblərindən gedir. Hansılar ki, bu ilin oktyabr ayına qədər səfirlə görüşü təyin olunmalı idi, onlarla bağlı problem var. Çünki həm sərhəd bağlıdır, həm də ABŞ dövlətinin qəbul etdiyi qərara əsasən, vizaların verilməsi dayandırılıb. Ona görə də ötən ilin martından etibarən səfirlikdə görüşdə iştirak etməli olan şəxslər qalib olsalar belə gedə bilməyəcəklər”.

Azərbaycan üzrə ləğv olunan müraciətlərin sayına gəlincə, Rüfət Priyev dəqiq statistikanın olmadığını bildirib: “Amma ümumi olaraq qaliblərin statistikasının təxminən 30-35 faizini təşkil edir. Onların növbəti dəfə lotereyada iştirak etmələri üçün heç bir problem yoxdur. Sadəcə keçən ilki qalibiyyətləri ləğv olunmuş sayılır”.

Şirkət nümayəndəsi bildirib ki, hazırda 2020-ci ilin qalibləri üçün həmin təhlükə yoxdur:

“Hələlik gələn ilin oktyabr ayına qədər vizanın dayandırılması ilə bağlı bir qərar yoxdur. Bu ilin qalibləri üçün hələ ki heç bir məhdudiyyət yoxdur. Çünki bu ilin qalibləri cari ilin oktyabrından 2021-ci ilin oktyabr ayına qədər səfirin görüşündə olmaldırlar. Bu il “Greencard” qalibi olmuş azərbaycanlılar üzrə statistika açıqlanmayıb”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər