23 Avqust 2020 09:01
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız mövsümünün gəlməsi ilə resperator xəstəliklərin artması müşahidə olunur. Koronavirus infeksiyası ilə eyni şəraitdə yaşadığımızı nəzərə alsaq, simptomlar baxımından xəstəliklər çox bənzərdir.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin fikrincə, oktyabr ayından etibarən mövsümü qrip, soyuqdəymə və koronavirusa yoluxma nəticəsində oxşar xəstəlikləri eyni dövrdə müşahidə ediləcək. Bu xəstəliklərin fərqli klinik simptomları bənzəyir. Məsələn qızdırma, öskürək, baş ağrısı, əzələ ağrısı, zəiflik, yorğunluq kimi əlamətlərlə özlərini biruzə verirlər.

Bəs bu xəstəlikləri necə ayırd edək?

Soyuqdəymə zamanı qızdırma və yorğunluq digər iki xəstəliklə müqayisədə daha az müşahidə olunur. Burun axması soyuqdəymədə daha çox görülsə də, qrip və COVID-19 zamanı nadir hallarda müşahidə olunur. Asqırma ümumi soyuqdəymə və qrip xəstəliyinin əlaməti olsa da, koronavirusa yoluxma zamanı demək olar ki, müşahidə edilmir.

Quru öskürək, dadbilmə və qoxubilmə hisslərinin itməsi koronavirusa yoluxma zamanı baş verir. Tənəffüs çətinliyi simptomu COVID-19-da daha çox yayılıb və şiddətli ola bilər. Bu vəziyyət qripdə nadir hallarda özünü göstərir. Qrip və COVID-19 simptomlarını ayır etmək çətin olduğundan dəqiq diaqnoz üçün analiz verilməsi tövsiyə olunur.

Mütəxəssislərin fikrincə, oktyabr və noyabr aylarında bu xəstəliklərin daha geniş yayılması xəstəliyi daha ağır keçirməyə səbəb olacaq. Bu xəstəliklərin birlikdə olması ehtimalı nisbətən daha ağır bir gedişə səbəb ola bilər. Hər üç xəstəlik hava-damcı yolu ilə yayıldığı üçün qorunmaq üçün maskadan istifadə, sosial məsafənin qorunması və əl gigiyenası vacib şərtdir. Ehtiyat tədbirlərinə diqqətlə əməl olunarsa, yalnız COVID-19 deyil, qrip və soyuqdəyməyə yoluxma halları da azala bilər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər