21 Avqust 2020 15:47
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet dövründə Məhərrəmlik mərasimlərində zəncir qəmə vurulur, qan çıxarılırdı. Bu, xurafat idi, amma xurafata, cəhalətə qarşı amansız olan sovetlər buna göz yumurdu. Çünki bu cür xurafat islamı da, müsəlmanı da gözdən salır, ikrah yaradırdı. Sovetlərə isə məhərrəmliyin və islamın xurafatlaşdırılması lazım idi.

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov deyib.

Onun özlərinə görə, sovet rejimi ləğv edildikdən sonra Məhərrəmlikdə zəncir vurma, qan çıxarma kimi adətlər aradan qalxdı:

“Əksinə, xəstələr üçün qanvermə aksiyası keçirilməyə başladı. Azərbaycan dövləti və xalqı bunu təqdir və təşviq edir. Çünki bu, İslama da, müsəlmana da baş ucalığı gətirir. Nəticədə mahiyyətinə uyğun olaraq islam və məhərrəmlik mütərəqqiləşir.

Bu gün isə sərhəddin o biri üzündən durub bu üzünə Azərbaycanda "Məhərrəmlik qadağan olunub, İmam Hüseyn əzadarlığı yasaqlanıb" deyirlər. İnsanlarımızın dini heysiyyatından, İmam Hüseyn sevgisindən özlərinin və sahiblərinin siyasi maraqları naminə sui-istifadə etməyə çalışırlar. Bax bu, Məhərrəmliyin və İslamın siyasiləşdirilməsidir”.

“Azərbaycanda nə məhərrəmlik, nə də İmam Hüseyn əzadarlığı qadağan edilib. Bunu kimsə edə bilməz, heç gücü də çatmaz. Ona görə ki, bu toplumun Peyğəmbər və Əhli-beyt sevgisi bütün qadağalardan güclüdür. Amma kimsə də bu toplumun inancından çirkin məqsədləri üçün istifadə edə bilməz.

Çünki bu xalq ağı qaradan, yaxşını pisdən, dostu düşməndən, ən əsası məhərrəmliyin qadağan edilməsi ilə məhərrəmlikdə məscidə getməyin qadağan edilməsi arasındakı fərqi seçəcək və səbəbi görəcək qədər fəhmlidir” – deyə Gündüz İsmayılov qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər