Bildiyimiz kimi, şəkər xəstələri gündəlik həyatlarında qida rasionuna diqqət etməlidirlər. Bəzi qidalar qan şəkərini balanslı saxlamaq üçün faydalı olsa da, bəzilərindən də imtina etmək lazımdır.
Teleqraf.com xəbər verir ki, qüdrət narı adlanan bu qida Asiya, Afrika, Uzaq Şərq və Cənubi Amerikada, tropik iqlimlərdə yetişən bir bitkidir. Bu nar növü immunitet sistemini gücləndirir, mədə-bağırsaq problemlərini aradan qaldırır və bir çox cinsi xəstəlikləri sağaltmaqla yanaşı, orqanizmi şəkərli diabetdən qoruyur.
Bu nar növünün dadı acı olduğu üçün, bal ilə qarışdırılaraq istehlak edilir. Bal əvəzinə zeytun yağında bir müddət gözlə və ya mürəbbə ilə dadını şirinləşdirmək olar.
Tərkibi dəmir, kalsium, fosfor və B vitaminləri, 40-50% zülaldan ibarətdir.
Əsrlər boyu mədə xəstəliklərinin müalicəsində istifadə edilib. Bu narın meyvələri yetişəndə bir-birindən ayrılır və narıncı-sarı meyvələr verir. Son illərdə vətəni Hindistan sayılan qüdrət narı ilə xərçəngin müalicəsi üçün araşdırmalar aparılıb. Tərkibindəki güclü narın faydalarını birlikdə araşdıraq.
Tərkibindəki antibiotik təsiri olan Lutein və Likopnene maddələri şişin böyüməsinə mane olur. Bədəndəki yanıq və yaraların müalicəsində sözgüdən qidadan geniş istofadə olunur. Belə ki, yanıq zamanı istifadə etmək üçün meyvəsinin toxumlarını çıxarın və əzin, ləpə halına gəldikdən sonra zeytun yağı əlavə edib, şüşə qabda saxlayın. Belə olduqda, bir il ərzində yanıq və yaraların müalicəsində istifadə edə bilərsiniz.
Bu nar növü qaraciyərin dostu hesab olunur. Müntəzəm istehlakı sayəsində qaraciyərdə yaranacaq problemlərə qarşı qoruyucu xüsusiyyət daşıyır.
Həmçinin qanı təmizləyir, qan döcvranını sürətləndirir, qandakı toksinləri təmizləyir.
Aparılan tədqiqatlar nəticəsində bu nar növündən əldə edilən ekstraktın diabet üçün faydalı olduğu aşkarlanıb.
Eyni zamanda revmatizma və varikoz ağrıları zamanı inanılmaz faydaları var. Məsələn, narı ayaqlarınıza çəkib, bütün gecən saxladıqda, sizi varikoz ağrısından xilas edəcəkdir.
Qanaxma ehtimalı olduğu üçün hamiləlik dövründə və doğuşdan sonra istehlak edilməsi tövsiyə edilmir. Gündəlik yalnız bir qaşıq istehlak etmək olar Qədərindən artıq yemək ishal, mədə-bağırsaq problemləri və qarın ağrısına səbəb ola bilər.