Metronun açılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik. Hələlik bizə hər hansı tapşırıq verilməyib.
Bu sözləri Teleqraf.com-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, metronun fəaliyyəti dayandırılsa da, adi iş rejimi üçün hər gün metroda hazırlıq işləri aparılır: “Metro bağlandığı tarixdən hər gün eyni proses gedir, profilaktik tədbirlər görülür. İş rejimi şəraitində normativ sənədlərdə göstərilən qaydalara uyğun metro qatarlarında, tunellərdə, digər avadanlıqlarda gündəlik görülməli olan bütün işlər mütəmadi icra olunur.
Hər kəs kimi biz də tezliklə metronun fəaliyyətinin bərpa olunmasını gözləyirik”.