28 Avqust 2020 11:48
3 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin Bakı Dövlət Universiteti (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Teleqraf.com-a BDU-nun mətbuat katibi Günel Orucəliyeva açıqlama verib.

Açıqlamada bildirilir: "AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev parlament seçkilərindən sonra Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri təyin olunub və qanunvericiliyə uyğun olaraq bir neçə ay bundan əvvəl Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən öz ərizəsi ilə azad edilib.

Bununla belə professor Bəxtiyar Əliyev Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir, BDU Elmi Şurasının üzvüdür".

Qeyd edək ki, mətbuatda Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi iddia edilən Bəxtiyar Əliyevin Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilməsi barədə məlumat yayılmışdı.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər