29 Avqust 2020 20:04
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 29-na olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 384 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 910 890 test aparılıb. Onlardan 36 174-nün cavabı pozitiv çıxıb. İndiyədək 529 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 576 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 069 nəfərdir. 140 nəfər reanimasiyada, 16 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 188 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 115 pasiyent sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər