65 yaşdan yuxarı insanlar yoluxucu xəstəliklərə körpələr qədər həssasdırlar.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyyə Səhiyyə Nazirliyi açıqlayıb.
Nazirlik bildirir ki, yaşlılar qrip olduqda daha ağır nəticələrə məruz qala bilərlər. Sinüzit (sinusların iltihabı), otitis (media qulaq iltihabı) və çox sadə bir mikroorqanizm nəticəsində qrip sətəlcəmə çevrilə bilir və həyat üçün risk yaradır.
Nazirlik mütləq qrip peyvəndi vurdurmalı olan insanların da siyahısını açıqlayıb:
65 yaş və ondan yuxarılar;
Xroniki böyrək çatışmazlığı olanlar;
Ürək-damar sistemi xəstələri;
Diabetiklər və hamilələr;
Astma, xroniki ağciyər xəstələri;
6 aydan 18 yaşa qədər olanlar və uzun müddət aspirindən istifadə edənlər.