3 Sentyabr 2020 16:07
2 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız mövsümündə 4 valentli qrip vaksinləri risk qrupunda olanlara pulsuz vurulacaq.

Teleqrfa.com-un əldə etdiyi məlumata görə, vaksinin qiyməti hələlik məlum deyil.

Könüllü vaksinasiya olmaq istəyənlər üçün müəyyən məbləğ tətbiq olunacaq.

Bildirilir ki, 65 yaş və ondan yuxarılar, xroniki böyrək çatışmazlığı, ürək-qan damar sistemi xəstələri, diabetiklər və hamilələr, astma, xroniki ağciyər xəstələri olanlar risk qrupuna daxildir.

Qeyd edək ki, sonuncu brifinqdə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov payız mövsümündə 4 valentli qrip vaksinlərinin tətbiq ediləcəyini demişdi. O bildirmişdi ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır: “Azərbaycana vaksin gətirildikdən sonra hər kəsə məlumat veriləcək. Risk qrupunda olanların vaksinasiyası tövsiyə olunur".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər