11 Sentyabr 2020 12:58
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sakarya vilayətində koronavirus tədbirlərini pozan 65 nəfər 3 gün karantində qalacaq, cərimə ödəməklə yanaşı ən az 10 kitab da oxuyacaqlar.

Teleqraf.com xəbər verir ki, bunu Sakarya valisi Çətin Oktay Kaldırım açıqlayıb.

O bildirib ki, karantin qaydalarını pozan vətəndaşlar yataqxanalara yerləşdiriləcək, xərclərini də özləri qarşılayacaq.

Vali tədbirlərə ciddi şəkildə davam edəcəklərini də deyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər