11 Sentyabr 2020 15:21
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina rəqəmləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nazirlik əlilik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaq əvəzinə, təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərin təhlilini aparıb:

“Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərdən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib.

Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəliyin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var.

Rəqəmlərdə deyil, vətəndaşa əlilik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır”.

Qeyd edək ki, deputat Vüqar Bayramov parlamentdə təmsil etdiyi Füzuli rayonunda bu ilin 8 ayında əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəldiyini bildirib: “Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib”.

ƏƏSMN-yi isə Vüqar Bayramovun əlilliyin təyinatındakı çətinliklər, müraciətlərə imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verdiyini açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər