Bu gün şagird və valideynlərin həyəcanla gözlədiyi 15 Sentyabr Bilik günüdür.
Teleqraf.com-un əməkdaşları paytaxtda yerləşən 70 saylı məktəb-liseydə olublar.
Pandemiyanın iz qoyduğu sahələrdən olan təhsil sistemində bu gün Bilik günü səssiz şəkildə keçirilir.
Valideynləri ilə gələn balacalar sosial məsafə saxlayaraq qapıda gözləyirlər. Hər şagirdin hərarəti ölçülüb, əlləri dezinfeksiya edildikdən sonra içəri buraxılır.
Bu dəfə alışdığımız sıra düzülüşünü görmədik, himn sədalarını eşitmədik. Ötən illərdən fərqli olaraq bu dəfə evi üçün darıxan, ağlayan birinci sinif şagirdlərinə də rast gəlmədik.
Obyektimizin qeydə aldığı görüntüləri təqdim edirik.
Foto: Pərviz Həşimi