Çin həkimləri ötən 24 saat ərzində daha 8 nəfərin koronavirusa yoluxduğunu bildiriblər. Qeyd olunur ki, yoluxanların hamısı xaricdən Çinə gələnlərdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib.
Məlumata əsasən, ölüm halı qeydə alınmayıb, 9 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Çində koronavirusun səbəb olduğu xəstəliyin ümumi sayı 85 322-ə çatıb, 4 634 nəfər ölüb, 80 522 nəfər sağalaraq evə buraxılıb.