7 Oktyabr 2020 11:52
2 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət Musayevin kəndində olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O bildirib ki, ƏƏSMN əməkdaşları səhər tezdən Hikmət Musayevə həm təşəkkürü etmək, həm də nazirliyin səlahiyyətləri çərçivəsində ona olan mənəvi borcu ödəmək üçün Şəkinin Baş Küngüt kəndinə gediblər:

“Hikmət baba deyir ki, əsgərlərə canım qurban! O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Deyir, özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram. Qürur hissi, fəxr hissi sözümüzü boğazımızda kəsir. Sizinlə fəxr edirik, Hikmət dayı! Tanrı Azərbaycanı qorusun! Sizin kimi insanların vətənini!”

Qeyd edək ki, Hikmət Musayev ASAN Xidmətə gedərək 180 manat pulunu cəbhədəki əsgərlərə yardım etmək istədiyini deyib. Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşan Hikmət babanın ayağındakı ayaqqabılar ASAN Xidmətin əməkdaşlarının diqqətindən yayınmayıb. Hər iki ayaqqabısı ortadan bölünmüş Hikmət baba ayağına ayaqqabı almağa qıymayıb əsgərlərə ianə göndəririb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər