Son günlərdə koronavirusda yoluxma hallarının sürətlə artması və ölkədəki hərbi vəziyyəti nəzərə almaqla təhsil sistemində mürəkkəb situasiya yaranıb.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Təhsil sistemi 2 milyona yaxın təhsil alanı özündə birləşdirir. Hazırkı şəraitdə dərslərin davam etdirilməsi təhsil müəssisələrində yoluxma hallarının artmasına səbəb ola bilər.
Noyabrın 2-dək olan müddətdə inanırıq ki, virusun yayılmasının qarşısını almaq mümkün olacaq və müvafiq qərarları verə biləcəyik".