Gündəlik yoluxan şagird və müəllimlər haqqında statistika ictimaiyyətə təqdim olunurdu.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Ötən həftələr ərzində 636 şagirddə virusa yoluxma halı qeydə alınıb. Amma bunların heç də hamısı məktəbdə olmayıb, ailədaxili yolxuma halalrı da baş verib. Təxminən 25 faiz xəstə şagird məktəbə gəlib və onların təhsil aldığı siniflər bağlanıb.
Bir neçə məktəbdə isə kütləvi müəllim yoluxması halları ilə qarşılaşmışıq. Aydın məsələdir ki, böyük məktəblər daha riskli görsənir, xüsusilə Bakı və Abşerondakı məktəblər. Lakin ilk bağlanan məktəb Quba rayonundakı kənddə müəllimlər arasında yoluxma halının baş verməsi ilə oldu"
Nazirin sözlərinə görə, 1597 şagird COVID-19 xəstəsi ilə təmasda olub: "Hər məktəbdə kimdəsə yoluxma faktı ortaya çıxır. Bu mənada tədrisin dayandırılması ən doğru qərardır"
Yaqut Qarayeva əlavə edib ki, yoluxma hallarının artmasına təkcə məktəb və ictimai nəqliyyata aid məsələ deyil: "Məktəbdə işləyən müəllimin ailə üzvləri var ki, onlar da həmin müəllimi yoluxdura bilərlər.
Yenə də qeyd edim ki, biz lokal qapanmalara gedirik. Yoluxma sayında artım olan regionları erkən bağlamağa çalışırıq ki, virusla mübarizə asanlaşsın".