Hazırda hansı peyvənd namizədin uyğun olduğunu demək çox tezdir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:
"Peyvənd iki sınaq mərhələsini keçdikdə ümidverici olur. Lakin insanlar üzərində sınağa başlandığı zaman mənfi təsirlərini göstərir. Hazırda hər üç mərhələni uğurla keçən vaksin yoxdur.
Biz bütün prosesləri izləyirik. Vaksinin hansı ölkədə istehsal olunması əhəmiyyətli deyil. ÜST də Rusiyada hazırlanan peyvəndə müsbət qiymətlər verir, lakin onu tam təsdiqləməyib.
ÜST Rusiyanın peyvəndini təsdiqləyərsə, Azərbaycan bundan istifadə edə bilər".