20 Oktyabr 2020 10:15
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 virusunun ən çox yayıldığı ölkələrdən biri də İndoneziyadır. Bu ölkədə 350 mindən çox insan virusa yoluxub, 12 minə yaxın insan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, sakinlərinin əksəriyyəti İslam dininə etiqad edən İndoneziyanın prezidenti Coko Vidodo peyvəndlərin halal olub-olmadığı barədə ictimaiyyətə məlumat verilməsinin lazım olduğunu deyib:

“Vaksin çox həssas məsələdir. Bu məsələdə tələsmək olmaz. Xüsusilə halal-haram, qiymət və keyfiyyət məsələlərində doğru addım atdığımıza əmin olmalıyıq. Əgər vaksin halaldırsa, o zaman vurdura bilərik”.

İndoneziya Alimlər Şurasında 2018-ci ildən peyvəndlərin İslam qaydalarına uyğun olub-olmaması, qızılca peyvəndinin haram sayılıb-sayılmaması barədə mübahisələr davam edir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər