29 Oktyabr 2020 12:40
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan da fəaliyyət göstərən bəzi fastfud şəbəkələri var ki, mənşəyi məlum olmayan qida məhsullarının satışı ilə məşğul olur. Bu da həmin məhsulları istehlak edən insanların sağlamlığı üçün həm təhlükəlidir, həm də immunitet sisteminin çökməsi nəticəsində COVID-19- a yoluxma riskini artırır. “Mcdonald's” da bu fast food şəbəkələrindən biridir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.

O, istehlakçıların ləzzətlə yediyi bu zərərli qidaların tərkibi və hazırlanma texnologiyasından danışıb :

“Onu bildirim ki, “Mcdonald's” üçün xaricdən hazır yarımfabrikat ət məhsulları idxal olunur, həmin məhsullar iri tutumlu ət çəkən maşınlarda üyüdülər, onlara müxtəlif qatqı maddələri əlavə edilir. Heç kim zəmanət verə bilməz ki, orda eşşək, at, donuz əti və ya mənşəyi məlum olmayan hansısa ət məhsullarından istifadə olunmur.

İstehsalatda olan ət çəkən maşınlar sümüyü belə üyüdüb palçıq halına salmaq gücünə malikdir. Aydındır ki, uzaq yol gələn burger ətlərinin ömrünü uzatmaq və dadlandırmaq üçün müxtəlif qatqı maddələrindəndə istifadə olunur.

Ləzzətlə yediyimiz “Mcdonald's” burger çörəyinə azodikarbonamid adlı qatqı maddəsi vurulur. Sarıdan narıncı-qırmızı rənglərə qədər olan qoxusuz, kristal tozdur. Bu qatqı maddəsini ilk dəfə 1959-cu ildə Con Brayden kəşf edib. Ondan ayaqqabı kauçuklarında, yoqa yastıqlarında və köpüklü plastiklərdə geniş istifadə olunub. Azodikarbonamid xərçəng, astma və allergiya riski daşıyır.

Azodikarbonamid qarışığından qida sənayesində də yararlanırlar. “Metro”, “McDonalds”,”Burger King”, “Arby's” kimi məşhur fost fud şirkətləri bu qatqı maddəsini çörəklərə ağardıcı vasitə kimi vururlar. Bu proses bir blogger tərəfindən 2014-cü ildə başladılan kampaniyaya qədər davam etdi. Çox qısa müddətdə on minlərlə imzaya çatan kampaniyadan sonra “Metro" şirkəti plastiklərdə istifadə olunan bu maddəni çörəklərdən çıxartmaği qərara aldı.

“Mcdonald's” isə azodikarbonamiddən çörək məhsullarında ağardıcı qatqı maddəsi olaraq istifadə etməyə davam etdi. Məhz bu səbəblə “Mcdonald's” öz rəsmi veb saytında burger çörəklərinə hansı maddələr vurulduğunu yazmır.

Nəzərdən qaçırmaq olmaz ki, bu gün pandemiya hələ də bizimlədir. Ermənidən sonra ikinci düşmənimiz olan COVID-19-a qarşı mübarizə davam edir. Ona görə də immunitet sistemimizi zəiflədən trans yağlardan, trans yağlarda bişirilən kartof fri-dən, boş karbohidrat olan zəhərli burger çörəklərindən, Monosodium glutamat E621 kodu ilə tanına Çin duzu qatılmış mənşəyi məlum olmayan fasfudlarda istifadə olunan ət məhsullarından imtina etməliyik”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər