29 Noyabr 2020 16:55
2 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusla mübarizə bir ilə yaxındır ki, davam edir. Əksər ölkələrdə ikinci dalğa müşahidə olunur. Mütəxəsislər yeni müalicə metodları üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, COVID-19 infeksiyasının müalicəsində istifadə olunan “Hidroksixlorokin” və “Favipiravir" dərmanları müzakirə mövzusuna çevirilib. Dünya ölkələri bu dərmanların təsirsiz olduğunu iddia edir.

Lakin digər tərəfdən mütəxəssislər testi pozitiv çıxanlara dərman yazılıbsa, mütləq şəkildə istifadəni tövsiyə edirlər.

Türkiyəli professor Levent Akının sözlərinə görə, yazılı mənbələrdə ürək xəstəliyi olanlara bu dərmanın istifadəsinin qadağan olduğu qeyd edilir: “Ürəyin ritminə zərərli təsirləri ola bilər. “Favipiravir”in təsirlərinin az olduğu güman edilir. “Favipiravir” virusların sayını və xəstəliyin şiddətini azaldır. Xəstəyə müvafiq doza verilməli və xəstələr bu dərmanı düzgün istifadə etməlidirlər. Dünyada koronavirusa birbaşa təsir edən dərman yoxdur”.

Profesor Atəş Qaranın sözlərinə görə, dərmanın istifadəsi zamanı fərqli xüsusiyyətlərini araşdırıb, onları koronadan qoruyub-qorumayacağını, virusun hüceyrəyə yayılmasının qarşısını alması nəzərə alınır: “Bütün dərmanlar bunu məhdud dərəcədə edir. Bu dərmanların 100 faiz təsirli olduğunu düşünməyək. Amma həkim bunları tövsiyə edirsə, istifadə olunmalıdır. Məsələn, ürək ritmində problem varsa “Hidroksixlorokin” istifadə edilməməlidir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər