1 Dekabr 2020 13:15
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın COVID-19-a qarşı hazırladığı "Sputnik V" peyvəndinin vurulduğu 20 nəfər virusa yoluxub.

Teleqraf.com-un xəbərinə görə, məsələ ilə bağlı Moskva Dövlət Tibb Universiteti Seçenov İnstitutunun direktoru Vadim Tarasov bildirib ki, bu insanların vaksinasiyadan sonra COVID-19-a yoluxduğunu demək düzgün deyil:

“Əgər xəstə vaksinasiyadan sonra xəsətələnibsə, bunun səbəbi hələ ki peyvəndin immunitet yaratmamasıdır. İmmunitet vaksinasiyanın 42-ci günündə inkişaf edir. Yayda peyvəndin birinci mərhələ sınaqlarında könüllü iştirak edən heç kimdə virus aşkarlanmayıb”.

Qeyd edək ki, iyunun 18-də Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən hazırlanan peyvəndin klinik sınaqları başlayıb. Sınaqların nəticələrinə görə, "Sputnik V" peyvəndinin 92 faiz effektiv olduğu açıqlanıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər