Bir ilə yaxındır ki, koronavirus kabusu ilə yaşayırıq. Hər ötən gün qeydə alınan antirekordlar dünya ölkələrini sərt karantin tədbirlərinə məcbur edir. Bəs qoruyucu vasitələr bizi nə dərəcədə mühafizə edir?
Teleqraf.com xəbər verir ki, bir çox insanlar ünsiyyəti asanlaşdırdığı üçün cərrahi maska əvəzinə üz sipərinə üstünlük verir.
İngiltərədə aparılan araşdırmaya görə, koronovirusdan qorunmaq məqsədilə istifadə olunan sipərliklərin əslində qoruyuculuğu yoxdur.
Belə ki, maska taxmayan koronovirus xəstəsi asqırdığı zaman sağlam şəxs üz sipərliyi taxsa belə, bu, onu qorumur. Virusun hissəcikləyi tez zamanda sipərə, daha sonra insanın tənəffüs oraqanlarına nüfuz edir.
İngiltərədə Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupu avqust ayında gözəllik salonlarında koronavirusun yayılmasının qarşısını almaq üçün üz sipəri ilə yanaşı, işçilərin maska taxmasının vacibliyini qeyd edib.