13 Dekabr 2020 14:25
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, COVID-19 üçün Azərbaycan da ekspress testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib.

Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.

Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi TƏBİB-in səlahiyətində deyil.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər