Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin koronavirusa qarşı hazırladığı peyvəndin birinci mərhələsi bu gün başa çatıb.
Teleqraf.com xəbər verir ki, sınaqların birinci mərhələsində peyvəndin heç bir yan təsiri olmayıb.
Peyvənd sınaqlarında iştirak edən professor Mustafa Çalışın sözlərinə görə, gedişat belə davam edərsə, dekabrın sonunda sınaqların ikinci mərhələsi başlayacaq:
“Peyvəndin ilk dozası noyabr ayının əvvəlində 44 könüllüyə tətbiq edildi. Yan təsiri olmadığı üçün ikinci doza 26 noyabrda başladıldı və bu gün başa çatdı. Peyvəndin ikinci sınaq mərhələsində 200 könüllünün vaksinasiya olunmasını planlaşdırırıq”.