Bir ildir dünyanı əsarətinə alan koronovirusla mübarizə davam edir. Dünya üzrə təsdiqlənmiş və sınaqları başa çatmayan peyvəndlərin 53 faizi zəngin ölkələr tərəfindən sifariş edilib. Maliyyə cəhətdən zəif olan ölkələr isə peyvənd üçün 2024-cü ili gözləməli olacaqlar.
Teleqraf.com xəbər verir ki, ABŞ 1 milyarddan artıq, Kanada 358 milyon, İngiltərə 355 milyon, Yaponiya 290 milyon, Avstraliya 134 milyon 800 min doza peyvənd sifarişi verib.
“Pfizer-Biontech”, “AstraZeneca” və “Moderna” dərman şirkətləri 2021-ci ilin sonuna qədər təxminən 3 milyard, Rusiya isə 500 milyonluq peyvənd istehsal edəcəklərini bildirirlər.
Bu əczaçılıq şirkətlərinin peyvənd istehsalından 32 milyard dollar qazanacağı iddia olunur.