Bir ildir dünyanı cənginə alan COVID-19 infeksiyasına qarşı bir sıra ölkələrdə vaksinasiyaya başlanılıb. Lakin bəzi insanlar iynədən qorxduqlarına görə vaksindən imtina edirlər.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər iynə qorxusuna qalib gəlmək üçün iki üsulu tövsiyə edirlər.
Birinci üsul hər gün vaksinasiya aparılan mərkəzin qarşısından keçməkdir. İynə vurdurmağa razı olana qədər bunu etmək lazımdır. Növbəti mərhələdə isə içəri daxil olaraq məsləhətçi ilə ünsiyyətdə olmaq tövsiyə olunur. Ertəsi gün peyvənd vurdura bilərsiniz.
Bəzi insanlar da var ki, iynə görəndə huşlarını itirlər. Qeyd edəcəyimiz ikinci üsul məhz onlara aiddir. Belə ki, peyvənd zamanı huşunu itirməmək üçün idman etmək məsləhət görülür. Bu zaman qollarınızdakı, bədənin yuxarı hissəsindəki və ayaqlarınızdakı əzələləri 15 saniyə gərin. Növbəti dəfə bədəni 30 saniyə sərbəst buraxıb, yenidən eyni hərəkəti 4-5 dəfə təkrarlayın. Bu hərəkətləri 1 həftə ərzində etsəniz, iynə qorxusuna qalib gələ bilərsiniz.
Beləliklə peyvənd zamanı qan təzyiqiniz eyni səviyyədə qalacaq və qorxudan huşunu itirməyəcəksiniz.