Bir ildir dünyanı cənginə alan COVID-19 infeksiyasının mutasiya keçirmiş yeni növü ötən həftə İngiltərədə aşkarlandı. 70 faiz daha sürətlə yayıldığı deyilən bu virus təşvişə səbəb olub.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər insanları narahat olmamağa çağırır.
Ekspertlərin fikrincə, əvvəlki kimi qaydalara ciddi əməl etmək lazımdır. Mutasiya vaksinasiya prosesinə təsir etməyəcək.
Türkiyəli professor Rəcəb Öztürkün sözlərinə görə, COVID-19 bu günə qədər 4 mindən artıq mutasiya keçirib: “RNT ehtiva edən bütün viruslarda davamlı mutasiya baş verir. Bu mutasiyalar çoxaldıqca, insanları xəstələndirdikcə artacaq. Bu, təbii prosesdir, onu dayandırmaq olmaz.
Digər mutasiyalarda yoluxma və yayılma dərəcəsi barədə heç bir məlumat əldə edilməyib. Virus hazırda sürətlə artmaqdadır. Qaydalara əməl edib, vaksinasiyanı gözləməliyik”.