Ötən həftə İngiltərədə aşkarlanan COVID-19-un mutasiya keçirmiş yeni növü Fransada qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Fransa Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, virus 19 dekabrda İngiltərədən gələn şəxsdə aşkarlanıb.
Simptomları müşahidə olunmayan xəstənin iki gün sonra test nəticəsi pozitiv çıxıb. Səhiyyə Nazirliyi bildirib ki, virusun yeni növü digər insanlarda da müşahidə oluna bilər.