COVID-19 pandemiyası səbəbilə insanlar il ərzində həkim müayinələrinə getməyiblər. Bu müddət ərzində xüsusilə ölü doğuşlar çoxalıb.
Teleqraf.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda yerləşən xəstəxanalarda ölü doğulanların sayı altı qat artıb.
İngiltərə Milli Statistika Bürosunun yaydığı məlumata görə, ölü doğum halları əvvəl min nəfərə 3,8 idisə, bu rəqəm fevral-iyun aylarında 9,31-ə, iyul ayında isə 14,2-yə yüksəlib.
İtaliyanın Nepal şəhərində aparılan araşdırmada isə ölü doğumların mində 14-dən 21-ə qədər artdığı qeydə alınıb.
Lakin ölü doğuş edən qadınların heç birində koronavirusa yoluxma halı aşkarlanmayıb.