İngiltərədə mutasiya edən COVID-19 infeksiyası artıq 28 ölkəyə yayılıb.
Teleqraf.com xəbər verir ki, yeni mutasiyanın yayılması ilə bağlı əksər ölkələr İngiltərə ilə əlaqəni kəsərək uçuşları dayandırıb.
Virusun mutasiya keçirmiş növü ABŞ, Pakistan, İngiltərə, Danimarka, Hollandiya, Fransa, İtaliya, İspaniya, İsveçrə, İsveç, Çili, Finlandiya, İrlandiya, Almaniya, İslandiya, Malta, Belçika, Cənubi Koreya, Sinqapur, Yaponiya , Tayvan, Avstraliya, Kanada, İsrail, Zambiya, Livan, Portuqaliya, Çin və Hong Konqda yayılıb.