Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilib.
Bu barədə Teleqraf.com-a Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu günlərdə hospitalın yüksəkixtisaslı reanimatoloqlar komandası tərəfindən EKMO cihazına qoşularaq müalicə olunmuş üçüncü xəstə evə yazılacaq.