19 Yanvar 2021 12:05
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada COVID-19 infeksiyası ilə mübarizədə sürətli vaksinasiya aparılmaqdadır.

Teleqraf.com xəbər verir ki, 13 yanvardan bu günə Türkiyədə 830 mindən artıq səhiyyə işçisi peyvənd olunub.

Virusdan ən çox ziyan çəkən İtaliyada 27 dekabrdan vaksinasiya başlanılıb. Ölkədə bu günə qədər 1 153 501 nəfər peyvənd olunub. İtaliya aldığı 408 875 doz peyvəndin 81,9-u artıq istifadə edib.

Vaksinasiyaya ilk başlayan ölkələrdən biri də Almaniyadır. Ölkədə 26 dekabrdan bu günə 1 milyon 50 min nəfər peyvənd olunub.

İspaniyada isə 27 dekabrdan768 950 nəfərə vaksin vurulub.

Peyvəndləməyə 27 dekabrdan başlayan Fransada 422 127 nəfər vaksinasiyaya cəlb olunub.

Hollandiyada isə vaksinasiya 6 yanvarda başlanılıb, burada 55 min doz vaksin artıq istifadə edilib.

Belçikada 28 dekabrdan başlayan prosesdə 96 402 nəfər peyvəndlənib.

İngiltərə vaksinasiyada rekorda imza atıb. 8 dekabrdan başlayan peyvəndləmə prosesində 3.8 milyon insana vaksin vurulub. Burada dəqiqədə 140 nəfərə vaksin vurulub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər