Dırnaq yemə vərdişi ən çox azyaşlı uşaqlarda müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, Dırnaq yemə vərdişi psixoloji təsirin göstəricisidir. Türkiyəli mütəxəsislərin tədqiqatlarına görə, bu vərdiş şiddət, qayğısız yanaşma, sevgi olmadığı zaman uşaqlarda yaranır.
Uşaqlar, yeniyetməlik dövründə olanlar, yetkinlər özlərindən asılı olmadan dırnaq yeyirlər. Nəticədə isə dırnaqların qanaması, əllərdə sızıldama, pis görüntü kimi səbəblər şəxsdə psixoloji problemlərin artmasına gətirib çıxarır.
Məsələn, uşaqda özünə əminlik, qayğı problemləri dırnaqların yeyilməsinə səbəb olur. Eyni zamanda, mütəxəsislər tərəfindən dırnaq yemək barmağını sovuraraq özünü sakitləşdirən körpənin davranışının davamı kimi qeydə alınıb.
3-4 yaş arasında uşaqlarda dırnaq yemə vərdişi yaranır. Mütəxəssislərin fikrincə, bunun qarışısını almağın tək yolu uşağa qağa qoymamaq, məsələyə müdaxilə etməməkdir. Belə ki, bu yaşlarda uşaqlara xəbərdarlıq etmək, hərəkətini ona hiss etdirmək, qadağa qoymaq bu vərdişi təkrarlamasına səbəb olacaq. Belə vəziyyətdə valideynlər ailədaxili peroblemləri həll etməlidirlər. Yeniyetmə yaşındaq dırnaq yeyən uşaqlara isə bu vərdişin zərərlərindən danışaraq, onları çəkindirmək lazımdır.
Eyni zamanda, həftəlik olaraq əllərin şəklini çəkib, dırnaq yemədən yaranacaq görünüşlə vərdişin zərərli tərəflərini uşağa göstərmək lazımdır. Dırnaqları qısa kəsmək, əl gigiyenasına vərdiş yaratmaq da effektli yollardan biridir.