21 Yanvar 2021 13:57
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın COVID-19 virusuna qarşı hazırladığı Sputnik-V vaksini 9 aylıq immunitet yaradır.

Teleqraf.com xəbər verir ki, bunu vaksini hazırlayan Qamaleya Epidemiyologiya ve Mikrobiyologiya Beynəlxalq Araşdırma Mərkəzinin direktor müavini Denis Loqunov deyib.

Peyvənd olunanların tez-tez yoxlanıldığını deyən professor qeyd edib ki, vaksinin ən azı 6 ay immunitet formalaşdırdığını gözləsələr də, 9 ay müddəti onları da təəccübləndirib: “Bu vaksin koronavirusun bütün növlərinə qarşı təsirlidir. Vaksinasiya olunanlardakı antikor sayı yoluxub sağalanlarla müqayisədə daha çoxdur”.

Professor qeyd edib ki, virusun yaratdığı immunitetin müddəti barədə hələ ki rəsmi açıqlama verilməyib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər